[b]Ayaz Quliyev komandasına qələbə qazandırdı: Özümü əla hiss edirəm[/b]
24.02.2018 - 01:47
[b]Ayaz Quliyev komandasına qələbə qazandırdı: Özümü əla hiss edirəm[/b]

“Rostov” yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqa təmsilçisi Norveç klubu “Stabek”lə qarşılaşıb.

 

Görüş 1:0 hesabı ilə rusiyalıların xeyrinə başa çatıb. Azərbaycanlı futbolçu Ayaz Quliyev də görüşün iştirakçısı olub. Müqavilə ilə “Spartak”a məxusus olsa da, icarə əsasında “Rostov”un şərəfini qoruyan Ayaz komandasının yeganə qoluna imza atıb.

 

Görüş başa çatdıqdan sonra klubun saytına qısa açıqlama verən Quliyev yeni komandasından razı olduğunu bildirib: “Özümü burada əla hiss edirəm. Elə təsəvvür yaranır ki, sanki uzun zamandır bu komandada çıxış edirəm”.

 

Qeyd edək ki, Rusiyanın bütün aşağı yaş qrupu üzrə yığmalarında çıxış etmiş Ayazın Azərbaycan millisinə çağırılması istisna deyil.

0