[b]Əzizov Kökcü ilə sülh bağladı[/b]
24.02.2018 - 10:18
[b]Əzizov Kökcü ilə sülh bağladı[/b]

Hollandiyanın I liqasında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, U-21 millimizin üzvü Ozan Can Kökcünün komandası “Valveyk” azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş”un qonağı olub.

 

Oyunda hesab açılmayıb.

 

Əzizov meydana start heyətində çıxb və 77-ci dəqiqədə əvəzlənib. Kökcü isə 84-cü dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, “Den Boş” hazırda turnir cədvəlində 10-cu, “Valveyk” isə 18-ci pillədə qərarlaşıb.

0