[b]Boksçumuz yarımfinalda[/b]
24.02.2018 - 11:09
[b]Boksçumuz yarımfinalda[/b]

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində 1/4 final mərhələsi başa çatıb. Apasport.az ABF-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin idmançısı Məsud Yusifzadə 69-cu dəfə keçirilən yarışın yarımfinalına vəsiqə əldə edib.

 

52 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 1/2 finala gedən yolda iranlı Reza Suleymanifardla üz-üzə gəlib. Döyüş Yusifzadənin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

 

Boksçumuz 1/2 finalda ukraynalı Dmitri Zamotayevlə döyüşəcək.

0