[b]“Neftçi”nin sabiq hücumçusu məşqçiliyə başladı[/b]
24.02.2018 - 11:35
[b]“Neftçi”nin sabiq hücumçusu məşqçiliyə başladı[/b]

“Neftçi”nin sabiq hücumçusu Vladimir Voskoboynikov məşqçilik fəaliyyətinə başlayıb. Apasport.az saytı xəbər verir ki, o, Estoniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasında köməkçi-məşqçi kimi çalışacaq.

 

Voskoboynikov eyni zamanda “Levadiya”nın futbol məktəbində idman direktoru vəzifəsini də davam etdirəcək.

 

35 yaşlı mütəxəssis hazırda B kateqoriyalı məşqçi lisenziyasına sahibdi.

 

Qeyd edək ki, karyerasını ötən ilin sonunda bitirən Voskoboynikov “Neftçi”də 2010-cu ildə oynayıb. O, 2007-2013-cü illərdə şəfərini qoruduğu Estoniya millisində 36 matçda 4 qol vurub.

0