[b]“Mançester Yunayted”in futbolçusuna “Yuventus”dan təklif[/b]
24.02.2018 - 14:28
[b]“Mançester Yunayted”in futbolçusuna “Yuventus”dan təklif[/b]

“Mançester Yunayted”in italiyalı müdafiəçisi Matteo Darmian karyerasını ölkəsində davam etdirə bilər. Apasport.az saytı “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə “Yuventus” yaxından maraqlanır.

 

Turinlilər indidən qarşı tərəfə rəsmi təkliflə müraciət ediblər. “Qoca sinyora” bu transferi yayda rəsmiləşdirmək niyyətindədi. Darmian özü də yenidən A seriyasında çıxış etmək istəyir. Üstəlik, “Mançester Yunayted” rəhbərliyi də Matteonu buraxmağa qarşı deyil. Sadəcə, bunun üçün Darmianı istəyən klub 10 milyon avrosundan keçməlidi.  

 

Qeyd edək ki, əvvəllər “Milan”, “Palermo” və “Torino” klublarında da oynamış Matteo Darmian 2015-ci ildən “Mançester Yunayted”in formasını geyinir. O, “mankunianlar”ın heyətində Premyer Liqanın cari mövsümündə cəmi 4 matçda meydana çıxıb.

0