[b]“Milan” rəhbərliyindən Silvaya: Özünə yeni komanda tap[/b]
24.02.2018 - 16:07
[b]“Milan” rəhbərliyindən Silvaya: Özünə yeni komanda tap[/b]

“Milan” rəhbərliyi komandanın futbolçusu Andre Silva ilə yolları ayırmaq niyyətindədi. Apasport.az saytı “Tuttosport”a istinadən xəbər verir ki, “rossonyerlər” portuqaliyalı hücumçunun xidmətində maraqlı deyillər.

 

Silvanın məhsuldarlığının aşağı olması İtaliya təmsilçisini razı salmır. “Milan” rəhbərliyi bu səbəbdən futbolçunun agenti Jorje Mendeşlə görüşüb. Tərəflər arasındakı danışıq prosesində Silvaya yeni komanda axtarışına icazə verildiyi bildirilib.

 

Qeyd edək ki, 22 yaşlı forvard “Milan”a ötən il “Porto”dan transfer olunub. O, A seriyasının cari mövsümündə 16 oyunda qol vura bilməyib.

0