[b]Samir Əliyev qələbəni təsadüfi sayır: “Saraqosa” da “Barselona”nı 5 ildə bir dəfə məğlub edir[/b]
24.02.2018 - 18:28
[b]Samir Əliyev qələbəni təsadüfi sayır: “Saraqosa” da “Barselona”nı 5 ildə bir dəfə məğlub edir[/b]

“Qəbələ” kimi komandaya qalib gəlmək gözəl hissdi. Qələbə qazansaq da, səviyyə fərqi görünürdü". Apasport.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev deyib.

 

Azərbaycan Premyer Liqasının XVII turunda "Qəbələ"ni qəbul edən bakılılar sürpriz şəkildə güclü rəqibi üzərində qələbə qazanıb - 2:1.

 

Qarşılaşmadan sonrakı mətbuat konfransında Əliyevin qələbə şərhi belə olub: "Hələ öz üzərimizdə çox çalışmalıyıq. Qarşıda bizi Gəncədə “Kəpəz”ə qarşı çətin oyun gözləyir. Həmin görüşə ciddi hazırlaşmalıyıq".

 

- Komanda qış fasiləsindən sonra ciddi rəqiblərə qarşı yaxşı oyun sərgilədi...

- Çalışırıq komanda oyundan-oyuna daha yaxşı çıxış etsin. Futbolçular da bunun üçün çalışırlar. Ola bilsin, bundan sonra “Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq. “Saraqosa” da “Barselona”nı 5 ildə bir dəfə məğlub edir. Səhvlərimiz var idi. Bunun üzərində çalışacağıq.

 

- Dediz ki, komandanın səhvləri var idi. Yaxşı səviyyəyə çatmaq üçün nə qədər vaxt lazımdı?

- Bunun üçün ilk növbədə əlimdə yaxşı “material” olmalıdı. Adını çəkməyəcəm, elə oyunçu var ki, son oyunlarda eyni səhvləri buraxır. Nə qədər deyirəm, yenə düzəltmir. Bizdə elə futbolçular var ki... Məsələn, Fəhmin Muradbəyli “Neftçi”də ehtyatda qalırdı, ancaq bizdə son 3 qarşılaşmada 2 qol vurub. Rahil Məmmədov küçədə qalmışdı, ancaq bizdə yaxşı oyun sərgiləyir.

 

- Bəhs etdiyimiz səhvi buraxan futbolçu növbəti oyunlarda şans qazanacaq?

- Təbii ki, yox.

 

- Bu, gürcü legioner Nikoloz Apakidzedi?

- Bəli. Meydanda mübarizə aparır, ancaq səhvləri var.

 

- Kərim Diniyev bu gün niyə oynamırdı?

- Onun zədəsi var. Həm də Kərimi “Kəpəz”lə oyun üçün qoruyuruq.

0