[b]Autsayder "Qarabağ"ı büdrətdi[/b]
24.02.2018 - 19:12
[b]Autsayder "Qarabağ"ı büdrətdi[/b]

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında XVII tura start verilib. Apasport.az saytının məlumatına görə, bu gün ilk iki görüş oynanılıb.

 

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Kəpəz" "Qarabağ"ı səfərdə büdrədib.

 

3-cü yerin sahibi "Keşlə" isə "Sumqayıt" üzərində əzmkar qələbə qazanıb.

 

"Keşlə" - "Sumqayıt" - 3:2

Qollar: Elvin Dəmirov, 17 (avtoqol); Sərtan Taşkın, 37; Aqşin Quluzadə, 88 - Fərid Kərimzadə, 26, 42

 

"Qarabağ" - "Kəpəz" - 1:1

Qollar: Əli Səmədov, 45 - Ruslan Hacıyev, 78

 

Turun digər iki görüşü sabah keçiriləcək.

0