[b]“Marafon Futsal” ənənəni pozmadı[/b]
24.02.2018 - 19:42
[b]“Marafon Futsal” ənənəni pozmadı[/b]

Futzal üzrə Yüksək Liqada XVII turun 2 oyunu keçirilib. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, açılış oyununda autsayderlər qarşılaşıb.

 

Məhsuldar alınan matçda “Yasamal” əvvəlcə 10 cavabsız top vurub. Bundan sonra “ayılan” “Xəmsə” rəqibini 4 dəfə cəzalandırıb. Fərqin azaldığını görən “Yasamal” yenidən qolları sıralayıb. Yekunda 6 xallıq fərq qorunub və “Yasamal” mövsümdə üçüncü qələbəsini qazanıb. Maraqlıdı ki, “Yasamal” əvvəlki 2 qələbəsini də “Xəmsə” ilə dueldə aktivinə yazdırmışdı.
 

Turun mərkəzi oyununda ilk matçdakı qədər qol vurulmasa da, qarşılaşma gərginliyi ilə yadda qalıb. Birinci və ikinci dövrədəki oyunlarda 4 top fərqi (4:0, 6:2) ilə qalib gələn “Marafon Futsal” seriyanı davam etdirmək niyyətində idi. 
 

Artıq 2-ci dəqiqədə oyunun hakimi Elçin Məmmədov bir-birinə qarşı nalayiq ifadələr işlətdiyinə görə iki futzalçıya- Namiq Məmmədkərimova və Seymur Məmmədova qırmızı vərəqə göstərərək, meydandan qovub. Hesab isə 14-cü dəqiqədə açılıb. “Marafon Futsal”ın yeni transferi Barati adını tabloya yazıdırıb. O, 15 saniyə sonra ikinci dəfə komandasını hesabda önə keçirib. Düzdü, EKOL bu qollardan birinin əvəzini çıxa bilib. Radik Əhmədov fərqi minimuma endirib. Amma birinci hissənin başa çatdığını bildirən qonqdan əvvəl debütant fərqi iki topa çatdırıb. Bu dəfə İlkin Hacıyev fərqlənib. İkinci hissədə sükutu yenə “Marafon Futsal” pozub. Rəqibi əks-hücumda yaxalayan debütant iranlı hücumçu ilə dördüncü qolu vurub. İbrahim Zeynalov da komandasının qələbəsində pay sahibi oldu. Sona 30 saniyə qalmış EKOL 10 metrlik zərbə vurmaq hüququ qazandı. Radik Əhmədov 4 topluq fərq ənənəsini bu dəfə pozmağı bacardı. Beləliklə matç “Marafon Futsal”ın 5:2 hesablı qələbəsi ilə başa çatdı. 
 

Bu turda keçirilməli olan “FK.İD.Futsal” – “Neftçi” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb “FK.İD.Futsal”ın bir neçə oyunçusunun səhhətində problemin yaranmasıdı.

 

“Yasamal” FK – “Xəmsə” 12:6 (8:0)
Qollar:
M. Cahandost, 3:10, 5:40, 16:55, 17:16, 17:55 (10 m.), 27:11, 35:50, V. Vorobyov, 5:20, S. Cavid, 8:50, 11:42, 25:39, M. Hayatbini, 39:04 - Ə. Həsənov, 31:18, S. Əmirov, 33:17, 34:20 (10 m.), 38:27 (10 m.), Y. Ağakərimov, 33:50, Ə. Əlizadə, 36:40

24 fevral. Bakı İdman Sarayı. Saat 13:00
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Kənan Məlikov
Hakim-inspektor: Aslan Həsənov
Sarı vərəqə: M. Roştani, 9:07, R. Akbari, 9:49, V. Vorobyov, 34:22 // C. Yusifov, 14:24, Ə. Həsənov, 17:53, Y. Ağakərimov, 37:20

“Yasamal” FK: 1. Mohammed Roştani, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 80. Omid Oraz, 18. Mohsin Hayatbini, 5. Vüsal Səfərov, 47. Rəsul Akbari 
Rəhbər: Orxan Allahverdiyev

“Xəmsə”: 1. Rəşad Zeynallı (q), 12. Ceyhun Yusifov, 8. Əli Həsənov (k), 9. Samir Əmirov, 14. Yamin Ağakərimov, 2. Əli Əlizadə, 13. İbrahim İbrahimov, 6. Şamo Talıbov 
Baş məşqçi: Arif Vəliyev

 

“Marafon Futsal” – EKOL 5:2 (3:1)
Qol:
E. Barati, 13:06, 13:22, İ. Hacıyev, 19:59, O. Talebi, 34:50, İ. Zeynalov, 38:43 - R. Əhmədov, 16:43, 39:33

24 fevral. Bakı İdman Sarayı. Saat 15:00
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektor: Tofiq Şükürov
Sarı vərəqə: S. Həmzəyev, 36:10
Qırmızı vərəqələr: S. Məmmədov, 1:22 // N. Məmmədkərimov, 1:22

“Marafon Futsal”: 12. Kəsra Mehdipour (q), 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 11. Vasili Jarikov, 77. Vyaçeslov Tsvirko, 2. Kamran Hacıyev (q), 20. Sergey Çumakov, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 22. Elyas Barati, 4. İbrahim Zeynalov, 99. Rüstəm Bağırzadə, 13. Majid Morovati 
Baş məşqçi: Elşad Quliyev

EKOL: 99. Emin Kürdov (q), 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli 
Baş məşqçi: Radik Əhmədov

0