[b]Araz Abdullayev yenidən əsas heyətdə, komandası səfərdən 3 xalla dönür[/b]
25.02.2018 - 21:51
[b]Araz Abdullayev yenidən əsas heyətdə, komandası səfərdən 3 xalla dönür[/b]

Kiprin I Divizionunda XXVI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

 

Famaqusta təmsilçisi səfərdə AEL-lə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Zədədən döndükdən sonra bir neçə oyun start heyətində yer almayan Araz bu dəfə “ilk 11-lik”də meydana çıxıb. O, 72-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 26 oyuna 56 xal toplayan “Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb

 

0