[b]“Mançester Siti” mövsümdəki ilk titulunu qazandı - VİDEO[/b]
25.02.2018 - 22:53
[b]“Mançester Siti” mövsümdəki ilk titulunu qazandı - VİDEO[/b]

İngiltərə “Carabao Kuboku”nda qalib bəlli olub. Apasport.az saytının məlumatına görə, finalda “Mançester Siti” ilə “Arsenal” qarşılaşıb.

 

Londonun “Uembli” stadionunda keçirilən həlledici qarşılaşma “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Aquero, Kompani və David Silva Mançester təmsilçisinə kuboku qazandıran qollara imza atıblar.

 

İngiltərə “Carabao Kuboku”

Final

25 fevral

 

“Arsenal” – “Mançester Siti” – 0:3

Qollar: Aquero, 18, Kompani, 58, David Silva, 65

0