[b]“Dedilər ki, rəqib topu əllə vurub” – “Kəpəz”in qapıçısı[/b]
26.02.2018 - 00:01
[b]“Dedilər ki, rəqib topu əllə vurub” – “Kəpəz”in qapıçısı[/b]

“Qarabağ”la oyundan sonra “Kəpəz”in qapıçısı Sergey Litovçenko apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- “Kəpəz” qış fasiləsindən sonra keçirdiyi hər 3 oyunda sona yaxın qapısından top buraxır. Qapının toxunulmazlığını sona qədər niyə qoruya bilmirsiz?

- Bu gün müdafiədə kompakt oynadıq. Çalışdıq ki, bir xal qazanaq. Ancaq sona 5 dəqiqə qalmış konsantrasiyanı itirdik. Nəticədə rəqibin fərqlənməsinə mane ola bilmədik. Biz yaxşı mübarizə apardıq. Amma bu da faktdır ki, “Qarabağ” Azərbaycanın ən güclü komandasıdı. Onlar çox güclü komandadı. Balanslı və dəqiq oynayırlar. 

 

- Bəs hər dəfə sona yaxın konsantrasiyanı itirməyiniz nə ilə bağlıdı? Dani Kintano qol epizodunda tamamilə nəzarətsiz qalmışdı…

- Təbii ki, oyunun videoyazısına baxacağıq və analiz edəcəyik. Ancaq yenə deyirəm, bəzən konsantrasiyanı itiririk. Halbuki sona qədər diqqətli olmalı, rəqibi nəzarətsiz buraxmamalıyıq.

 

- Qol epizodunda rəqibin topu əli ilə vurduğu deyilir. Siz gördünüzmü?

- Həmin epizodu görə bimədim. Ancaq paltardəyişmə otağında epizodu təkrar izləyənlər dedilər ki, rəqib topu əli ilə vurub. Artıq gecdi, oyun qurtarıb, heç nə dəyişən deyil.

 

- Oyun planında artırsanız da, nəticələr dəyişmir. Bu haqda nə düşünürsüz?

- Təbii ki, bu sadə bir vəziyyət deyil. Qış fasiləsinə qədər çox xallar itirmişdik, üstəli fasilədə də heyətdə köklü dəyişikliklər oldu. Xeyli sayda futbolçu yola salındı, əvəzində yeniləri komandaya dəvət edildi. Ümid edirəm ki, biz çempionatda layiq olduğumuz yeri tutacağıq.

0