[b]“Səbail”dən Polşa klubuna - FOTO[/b]
28.02.2018 - 18:02
[b]“Səbail”dən Polşa klubuna - FOTO[/b]

Qış fasiləsində “Səbail”dən ayrılan Edqaras Jarskis özünə yeni komanda tapıb. Apasport.az saytı xəbər verir ki, litvalı futbolçu karyerasını Polşada davam etdirəcək.

 

O, bu ölkənin “Bıtoviya” komandası ilə anlaşıb. Tərəflər arasında iyunun sona qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

 

Qeyd edək ki, 23 yaşlı mərkəz müdafiəçisi “Səbail”ə ötən ilin yayında keçmişdi.

0