[b]Maksimov "Keşlə"ni məşqə çıxardı - FOTO[/b]
28.02.2018 - 19:31
[b]Maksimov "Keşlə"ni məşqə çıxardı - FOTO[/b]

"Keşlə"də futbolçulara verilən birgünlük istirahət başa çatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi Premyer Liqanın XVIII turunda "Zirə" ilə keçiriləcək matçın hazırlığına başlayıb.

 

Baş məşqçi Yuri Maksimov bu gün komandanı iki məşqə çıxarıb. Ukraynalı mütəxəssis səhər çalışmasında dəniz kənarında fiziki hazırlığa üstünlük verib. Bakılılar axşam məşqini isə "İnter Arena"da keçiblər.

 

Qeyd edək ki, martın 4-də keçiriləcək "Zirə" - "Keşlə" görüşü saat 18:00-da start götürəcək.

0