[b]PSJ "Marsel"i yenə eyni hesabla məğlub etdi - VİDEO[/b]
01.03.2018 - 02:08
[b]PSJ "Marsel"i yenə eyni hesabla məğlub etdi - VİDEO[/b]

Fransa kubokunda 1/4 final mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, bu gün son iki oyun keçirilib.

 

PSJ ötən həftəsonu Liqa 1-də 3:0 hesabı ilə məğlub etdiyi "Marsel"i kubokda da eyni hesabla üstələyib. Bununla da "Çambli" və "Les Herbyers"dən sonra PSJ də adını yarımfinala yazdırıb. 1/4 finalın son oyununda isə bu gün "Lion"la "Kan" üz-üzə gələcək.

 

 

Fransa kuboku

1/4 final

 

"Çambli" - "Strasburq" - 1:0

Qol: Dukur, 83

 

PSJ - "Marsel" - 3:0

Qollar: Di Mariya, 45+1, 48; Kavani, 81

 

0