[b]Şəhriyar Məmmədyarov 5 xal itirdi[/b]
01.03.2018 - 09:23
[b]Şəhriyar Məmmədyarov 5 xal itirdi[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mart üçün müəyyənləşən siyahı Azərbaycan üçün uğurlu alınıb.

 

Yığmamızın lideri Şəhriyar Məmmədyarov norveçli Maqnus Karlseni izləməkdə davam edir. Belə ki, qrossmeysterimiz 5 xal itirsə də, 2-ci pillədəki yerini qoruyub. Onun aktivində 2809 xalı var. Məmmədyarov birinci yerdə olan Karlsendən 34 xal geri qalır. İlk “üçlüy”ü 2800 reytinq xalına malik Vladimir Kramnik (Rusiya) qapayır.

 

Siyahıda Teymur Rəcəbov 18-ci (2748), Rauf Məmmədov 39-cu (2709), Arkadi Naydiç 45-ci (2701) pillədə yer alıb.  

 

Qadınların “Top-100”ünə isə yığmamızın 3 üzvü düşüb. Günay Məmmədzadə (2392) 70-ci olduğu halda, Ülviyyə Fətəliyeva (2361) 98-ci yerdədi. Millimizin digər üzvü Gülnar Məmmədova isə 2360 xalla 100-cü pilləyə şərikdi. Bu siyahıda 2654 xalla çinli Yifan Hou birincidi.

 

0