[b]Dövrə bitir: “Abşeron” revanş arzusunda[/b]
01.03.2018 - 14:10
[b]Dövrə bitir: “Abşeron” revanş arzusunda[/b]

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, VI tur liderlərin dueli ilə yadda qalacaq.

 

Belə ki, günə AVF – “Lokomotiv” oyunu ilə start veriləcək. Matçda federasiya klubu aşkar favoritdi. Hələ bir set qazana bilməyən “dəmiryolçular”ın sensasiya edəcəyi inandırıcı görünmür. “Lokomotiv” ən yaxşı halda 1 hissəyə ümid edəcək.

 

Ardınca liderlər – “Azərreyl”lə “Abşeron” bir-birini sınağa çəkəcəklər. Bu komandaların ilk dövrədəki oyununa kimi, hər ikisinin gücü eyni qiymətləndirilsə də, Famil Ağayevin yetirmələri güclü olduğunu ortaya qoydular. Lakin ikinci görüşün fərqli olacağı proqnozlaşdırılır. Çünki “Azərreyl” zirvədəki yerini möhkəmlətməyə, rəqibi isə revanş almağa çalışacaq. Bu səbəbdən də matçın tay-brekə kimi uzanacağı istisna edilmir. Hətta “Abşeron” qalib gələrsə belə bu, sensasiya kimi qəbul edilməyəcək. Çünki Eldar Yusubovun komandası da güclü voleybolçulardan formalaşıb və çempionluq iddiasındadı.

 

2 mart

VI tur

15:00. AVF – “Lokomotiv”

I dövrə: “Lokomotiv” – AVF – 0:3 (12:25, 19:25, 14:25)

 

17:00. “Azərreyl” – “Abşeron”

I dövrə: “Abşeron” – “Azərreyl” - 1:3 (26:24, 12:25, 15:25, 19:25)


 

N

Komanda

O

Q

M

S

T

X

1

Azərreyl

5

5

0

15-1

399-276

15

2

Abşeron

5

4

1

13-3

372-311

12

3

AVF

5

1

4

3-12

286-345

3

4

Lokomotiv

5

0

5

0-15

250-375

0

 

0