[b]Taekvondoçularımız Sofiyada beynəlxalq turnirə qatılacaq[/b]
01.03.2018 - 17:19
[b]Taekvondoçularımız Sofiyada beynəlxalq turnirə qatılacaq[/b]

Martın 3-4-də Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G1 kateqoriyalı turnirdə ölkəmizi gənclərdən ibarət yığmamız təmsil edəcək.

 

Baş məşqçi Məmməd Abdullayev "Sofia Open"də 6 idmançıya şans verəcək. Yarışda dayanq üzərinə Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) çıxacaq.

 

Turnirin qalibi reytinq xallarına 10 xal əlavə edəcək.

0