[b]Yığmamızın mundialdakı ümidi - Kopello[/b]
02.03.2018 - 14:34
Böyük Britaniyanın Birminhem şəhərində atletika üzrə dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə. qapalı manejdə keçirilən mundialda Azərbaycan da təmsil olunacaq.
Yığmamız çempionata 1 atletlə yollanıb. Bu, İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Aleksis Kopellodu. Milliləşdirilmiş 33 yaşlı kubalı 3 təkanla tullanma yarışında gücünü yoxlayacaq.
O, start xəttinə sabah çıxacaq.
Qeyd edək ki, Kopello 2009-cu ildə dünya çempionatında ikinci olub. O, həmçinin Panamerika Oyunlarının qalibidi (2011).
0
0