[b]“Neftçi”nin oyununun vaxtı dəyişdi[/b]
02.03.2018 - 16:21
[b]“Neftçi”nin oyununun vaxtı dəyişdi[/b]

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının V turunun oyun cədvəlində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, sabah Voleybol Mərkəzində keçiriləcək görüşlərin yerləri dəyişdirilib.

 

Belə ki, tura “Ekspress” – “Lokomotiv” qarşılaşması ilə deyil, U-18 – “Neftçi” oyunu ilə start veriləcək. MOİK – “Sərhədçi” matçı isə “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.

 

3 mart

V tur

14:00. U-18 – “Neftçi”

16:00. MOİK – “Sərhədçi”

16:00. “Ekspress” – “Lokomotiv”

0