[b]Dünya çempionunun heyəti açıqlanacağı tarix müəyyənləşdi[/b]
02.03.2018 - 18:38
Son dünya çempionu Almaniya millisinin Rusiyada keçiriləcək mundiala hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bundestimin ilkin geniş heyəti mayın 15-də açıqlanacaq.
Almaniyanın Milli Futbol Muzeyində açıqlanacaq heyət mayın 23-də toplanışa start verəcək. Yoahim Lövün komandası İtaliyanın şimalında yerləşən Eppan şəhərində hazırlıq keçəcək. Toplanış iyunun 4-dək davam edəcək. Yekun heyət də bu hazırlıq prosesində müəyyənləşəcək.
Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in qrup mərhələsində Meksika (17 iyun), İsveç (23 iyun) və Cənubi Koreye (27 iyun) ilə qarşılaşacaq.
0
0