[b]Ceyran Əliyeva komandasının hədəfini açıqladı[/b]
02.03.2018 - 18:56
[b]Ceyran Əliyeva komandasının hədəfini açıqladı[/b]

“Komandamız üçüncü yer üçün mübarizə aparır. Kristina Yaqubovanın zədəsindən sonra yenidən bir-birimizi başa düşmək üçün vaxt lazım idi”. Apasport.az saytının məlumatına görə, bunu AVF-nin voleybolçusu Ceyran Əliyeva deyib.

 

Bu gün Azərbaycan Super Liqasında VI turun oyunlarına start verilib. Günün açılış mərasimində AVF “Lokomotiv”ə 3:0 hesabı ilə qalib gəlib.

 

Azərbaycan Voleybol Federasiyasının rəsmi feysbuk səhifəsinə danışan Əliyeva bildirib ki, qələbələrində toppaylayıcının meydana dönməsinin xüsusi rolu olub: “Bu gün Kristina qayıtdı və nəticədə qələbə qazana bildik. Məncə, həm “Azərreyl”, həm “Abşeron” üçün bizə qarşı keçiriləcək oyunlar çətin olacaq”.

 

0