[b]Karyerasında 8-ci, mövsümdə 7-ci[/b]
03.03.2018 - 13:47
[b]Karyerasında 8-ci, mövsümdə 7-ci[/b]

İngiltərənin Birminhem şəhərində keçirilən atletika üzrə dünya çempionatına qatılan yeganə Azərbaycan idmançısı bu gün qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, milliləşən legioner Aleksis Kopellonun qatılacağı üçtəkanla tullanma yarışından öncə iştirakçıların statistikası açıqlanıb.

 

Mübarizəyə 5-ci qoşulacaq təmsilçimiz çempionatın ortababı sayılır. Belə ki, Kopello mundialın 15 atleti arasında 8-ci göstəriciyə malikdi. Söhbət idmançıların karyeralarının şəxsi rekordundan gedir. 17,24 metrə malik Aleksis 7 rəqibini üstələyirsə, 7-dən də geri qalır.

 

Onun cari mövsümdəki ən yaxşı nəticəsi isə 16,98-ə bərabərdi. İdmançımız bu göstəricidə mundialın 7-cisidi.

 

Qeyd edək ki, üçtəkanla tullanma yarışları bu gün Bakı vaxtı ilə saat 23:08-də start götürəcək.

 

0