Taekvondo üzrə açıq Azərbaycan çempionatında 20 ölkə iştirak edəcək
20.05.2008 - 16:12
Taekvondo üzrə açıq Azərbaycan çempionatında 20 ölkə iştirak edəcək
Çempionatda yerli taekvondoçularla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, İran, Gürcüstan, Ukrayna, Moldova, Belarus, İordaniya, Çin-Taypey, İsrail, Çin, Misir, Əfqanıstan, Kipr, Koreya, Avstriya, Fransa və Estoniya təmsilçiləri də qüvvələrini sınayacaqlar. Mayın 24-də start götürəcək yarışda ümumilikdə 200-dən çox idmançının mübarizə aparacağı gözlənilir. Yığmamız həm kişilərin, həm də qadınların turnirində 3 kollektivlə təmsil olunacaq. Çempionatla əlaqədar Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalos və baş katib Qerrit Eyssink sabah gecə paytaxtımıza təşrif buyuracaqlar. Turnir iki gün davam edəcək.
0