[b]Polina yarımfinalın biraddımlığında, Əzizovanın komandası uduzdu[/b]
04.03.2018 - 00:59
[b]Polina yarımfinalın biraddımlığında, Əzizovanın komandası uduzdu[/b]

Voleybol üzrə Türkiyə Sultanlar Liqasında 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

 

Milli komandamızın üzvü Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” “Bursa BŞB” ilə qarşılaşıb. İstanbullular səfərdə 3:1 hesablı qələbəyə seviniblər. Rəhimova komandasının qələbəsinə 22 xalla töhvə verib.

 

Yığmamızın digər oyunçusu – Marqarita Əzizovanın komandası “Beşiktaş” isə doğma meydanda “Vakıfbank”a uduzub – 0:3. Əzizova qarşılaşmanı 3 xalla tamamlayıb.

 

Qeyd edək ki, reqlamentə əsasən, komandalar ev-səfər prinsipi ilə iki oyun keçirəcəklər. İki oyunda da qalib gələn komanda yarımfinala yüksələcək. Set fərqindən asılı olmayaraq, bərabərlik olarsa, komandalar arasında 3-cü matç oynanılacaq.

0