[b]Salah "böyük beşliy"in ən yaxşısıdı - VİDEO[/b]
04.03.2018 - 12:02
[b]Salah "böyük beşliy"in ən yaxşısıdı - VİDEO[/b]

İngiltərə Premyer Liqasının XXIX turunda "Nyukasl"ı qəbul edən "Liverpul" 2:0 hesablı qələbə qazanaraq, turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar"ın yarımmüdafiəçisi Məhəmməd Salah növbəti dəfə rəqib qapısına yol tapıb.

 

40-cı dəqiqədə hesabı açan Salah bu mövsüm bütün turnirlərdə komandasının 26 matçında fərqlənməyi bacarıb. Bu isə "böyük beşlik" ölkələrinin liqalarında çıxış edən oyunçular arasında ən yaxşı göstəricidi.

 

Qeyd edək ki, Məhəmməd Salah 24 qolla Premyer Liqada Harri Keynlə birlikdə bombardirlər yarışına başçılıq edir.

 

0