[b]Bundesliqa və Premyer Liqadan sonra A seriyasında da... - VİDEO[/b]
04.03.2018 - 12:20
[b]Bundesliqa və Premyer Liqadan sonra A seriyasında da... - VİDEO[/b]

İtaliya A seriyasının XXVII turunda lider "Napoli"nin qonağı olan "Roma" səfərdən qalibiyyətlə dönüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "canavarlar"ın 4:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada Edin Dzeko dubla imza atıb.

 

Bununla bosniya və herseqovinalı forvard İtaliya çempionatında 50-ci qolunu vurub. Dzeko həmçinin top-5 liqaların 3-də 50 qol vuran ilk oyunçu olmağı bacarıb. O, Bundesliqada "Volfsburq"un, Premyer Liqada isə "Mançester Siti"nin heyətində bunu bacarıb.

 

0