[b]Yığmamız Fransa və İspaniya ilə oynayacaq[/b]
06.03.2018 - 10:12
[b]Yığmamız Fransa və İspaniya ilə oynayacaq[/b]

Həndbol üzrə Avropa birinciliyinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, uzun fasilədən sonra aşağı yaş qrupu üzrə Azərbaycan millisi də 16 yaşadək qızlar arasında keçiriləcək yarışda təmsil olunacaq.

 

C qrupunda yer alan komandamızın rəqibləri Fransa, İspaniya, Finlandiya və İslandiya yığmaları olacaq.

 

Yarış iyulun 2-6-da İsveçin Hotenburq şəhərində baş tutacaq. Birincilikdə 20 komanda qüvvəsini sınayacaq.

 

0