Qyoko Hacievski: “Komandamızda böyük dəyişikliklər olacaq”
21.05.2008 - 11:35
Qyoko Hacievski: “Komandamızda böyük dəyişikliklər olacaq”
Makedoniyalı çalışdırıcının sözlərinə görə, Azərbaycan Premyer Liqasının son turunda “Turan”la Bakıdakı oyunadək vətəninə yollanması daha çox şəxsi işləri ilə bağlıdır: “Bazar günü Makedoniyaya gedəcəm. Beş gündən sonra qayıdıb işimizi davam etdirəcəyik. Qızım məktəbi bu il qurtarır. Bu səbəbdən onun yanında olmaq lazımdır”. Q.Hacievski bildirib ki, komandası növbəti mövsümdən daha iddialı çıxış edəcək: “Heyətdə böyük dəyişikliklər olacaq. Komandanın gücləndirilməsi istiqamətində ciddi işlər görüləcək. Hazır futbolçular alacağıq. Yeni transferlərlə bağlı ətraflı danışa bilmərəm. Yalnız onu deyə bilərəm ki, hazırda “Neftçi” klubunda çıxış edən Ramin Quliyev, Ramazan Abbasov, Ramal Hüseynovun “Bakı”ya qayıtması mümkündür. Anatoli Ponomaryova gəlincə, onun qalması çətin məsələdir”.
0