[b]Yenə 3 xal - YENİLƏNİB[/b]
09.03.2018 - 18:53
[b]Yenə 3 xal - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, VII tur “Abşeron” – “Lokomotiv” qarşılaşması ilə başlayıb.

 

Voleybol Mərkəzində oynanılan görüşdə Eldar Yusubovun yetirmələri asan qələbə qazanıblar. Onlar ilk 2 dövrədəki kimi nəinki xal, set belə itirməyiblər.

 

Tura “Azərreyl” AVF matçı ilə yekun vurulub. “Dəmiryolçular” bu qarşılaşmanı da aktivinə yazıblar. Famil Ağayevin komandası ilk hissədə qalib gəldikdən sonra üstünlüyü əldən versə də, növbəti 2 setdə güclü olduğunu ortaya qoyub.

 

7-ci görüşünü də 3 xalla başa vuran “Azərreyl” birinci pillədəki yerini də möhkəmlədib. “Abşeron” isə AVF ilə xal fərqini artırıb.

 

Super Liqa

VII tur

9 mart

 

“Azərreyl” – AVF - 3:1 (25:21, 21:25, 25:16, 25:21)

I dövrə: “Azərreyl” - AVF - 3:0 (25:23, 25:19, 25:13)

II dövrə: AVF – “Azərreyl” - 0:3 (19:25, 22:25, 17:25)

 

“Abşeron” – “Lokomotiv” - 3:0 (25:11, 25:10, 25:17)

I dövrə: “Lokomotiv” – “Abşeron” - 0:3 (21:25, 17:25, 19:25)

II dövrə: “Abşeron” – “Lokomotiv” – 3:0 (25:22, 25:19, 25:13)

 

N

Komanda

O

Q

M

S

T

X

1

Azərreyl

7

7

0

21-2

570-413

21

2

Abşeron

7

5

2

16-6

501-424

15

3

AVF

7

2

5

7-15

444-485

6

4

Lokomotiv

7

0

7

0-21

332-525

0

 

 

0