[b]“Azərreyl” paytaxtın ən güclüsü oldu[/b]
09.03.2018 - 17:53
[b]“Azərreyl” paytaxtın ən güclüsü oldu[/b]

Qadın voleybolçular arasında keçirilən Bakı birinciliyi başa çatıb. Apasport.az saytının məlumatına görə, 7 komandanın iştirakı ilə təşkil olunan yarışın qalibi adını “Azərreyl” qazanıb.

 

Dairəvi sistemlə keçirilən yarışda “Xətai-1” gümüş medallara sahib olduğu halda, “Lokomotiv” ilk “üçlüy”ü qapayıb.

 

Komandalara medallarla yanaşı, diplomlar da təqdim olunub. Mükafatlandırma mərasimində Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev də iştirak edib.

0