[b]“Bu qələbə elə bir dövrdə qazanılıb ki...” - Roman Qriqorçuk[/b]
09.03.2018 - 18:05
[b]“Bu qələbə elə bir dövrdə qazanılıb ki...” - Roman Qriqorçuk[/b]

“Çox vacib qələbə qazandıq. Mən və komandam bu qələbə ilə fəxr edirik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz” – “Qəbələ” matçından sonra “qırmızı-qaralar”ın çalışdırıcısı mətbuat konfransı keçirib. O, 1:0 hesabı ilə qalib gəldikləri görüşdə vacib 3 xal qazandıqlarını bildirib: “Çünki bu qələbə elə bir dövrdə qazanılıb ki, həmin vaxt bir sıra hadisələr bizim üçün uğursuz cərəyan edirdi. Bu üzdən də belə vəziyyətdə qalib gəlməklə əldə etdiyimiz özünəinam 3 xaldan daha vacibdi. Cavid Hüseynovun oynamaması məşq zamanı zədələnməsi ilə bağlı idi. Bu, vacib bir anda, Cavidin bizə lazım olduğu vaxtda yaşandı. Yaxşı ki, qələbə qazandıq. Hüseynovu bugünkü ad günü münasibətilə təbrik edirəm. Rasim Ramaldanovun meydana çıxmamasına gəlincə isə təhlillərim sayəsində futbolçuları tanıdığım üçün belə qərar verdim. Qarşılaşmanın hakimlərinə böyük hörmətim olsa da, onların sarı vərəqələrin göstərilməsinə baxışları ilə qətiyyən razı deyiləm. Oyun zamanı emosionallığım da bununla bağlı idi. Stiven Moroz hələ fərdi məşqlər edir, meydana nə vaxt qayıdacağını bilmirik”.

 

Mənbə: gabalafc.az

0