[b]“Azərbaycana köçəndə atam qarşı çıxsa da, anam dəstəklədi” – milli üzvü[/b]
09.03.2018 - 22:45
[b]“Azərbaycana köçəndə atam qarşı çıxsa da, anam dəstəklədi” – milli üzvü[/b]

Voleybol üzrə qadınlardan ibarət milli komandamızın oyunçusu Kseniya Poznyak maraqlı açıqlama ilə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, Poznyak hazırda çıxış etdiyi Rusiya Superliqa təmsilçisi “Leninqradka”nın flaşmobuna qoşulub.

 

Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə öz anası haqqında xatirələrini yazıb. Kseniya da sıradan geri qalmayıb. Onun anası barəsində dediklərini diqqətinizə çatdırırıq: “Yəqin ki, digərləri kimi mən də deyə bilərəm ki, anam mənim üçün həyatımda hər şeyimdi. Doğulduğum gündən bu günə kimi bu, belə olub. O həmişə mənə dəstək olub və indi də olur”.

 

Poznyak Azərbaycana köçərkən anasının ona çox dəstək olduğunu vurğulayıb: “Onunla hər mövzuda -  idman, şəxsi həyat və digər sahələrdə danışa bilərəm. Azərbaycana gedərkən atam qarşı çıxsa da, anam məni dəstəklədi. Mənimlə bərabər getdi və karyeramda ilk addımlarımı atarkən həmişə yanımda oldu. Həyatımın ən çətin vaxtlarında uşağıma sahib çıxdı, onlar birlikdə Belarusda yaşayırdılar, imkan olduqca isə Bakıya gəlirdilər. Bütün digər nənələr kimi o da nəvəsinin qayğısına qalır. O, həm də mənə pozitiv insan olmağı öyrədib”.

0