Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, turun hər 3 görüşü eyni gündə təşkil olunub.
Günün ilk matçında liderlər – “Sərhədçi” və “Lokomotiv” üz-üzə gəlib. Oyun gərgin və maraqlı mübarizə şəraitində keçib. İlk 2 setdə uduzan “dəmiryolçular” təslim olmayaraq, vəziyyəti dəyişə biliblər. Belə ki, əvvəlcə fərqi azaldan, ardınca hesabı bərabərləşdirən "Lokomotiv" tay-brekdə də üstün olaraq, əzmkar qələbə qazanıb.
Voleybol Mərkəzində baş tutan ikinci oyunda meydan U-18 və MOİK klublarının ixtiyarına verilib. Görüşdə “hərbçilər” favorit sayılsa da, sevinən tərəf milli olub.
Tura “Ekspress” – “Neftçi” oyunu ilə yekun vurulub. Qarşılaşmada ikincilərin qalib gələcəyi proqnozlaşdırıldı. Elə də olub. "Ağ-qaralar" rəqibə şans verməyərək, asan qələbə qazanıblar.
Yüksək Liqa
VII tur
10 mart
“Ekspress” – “Neftçi” - 0:3 (14:25, 18:25, 18:25)
I dövrə: “Neftçi” – “Ekspress” - 3:0 (25:15, 25:14, 25:12)
U-18 – MOİK - 3:1 (25:18, 25:14, 18:25, 25:18)
I dövrə: MOİK – U-18 - 3:1 (25:22, 22:25, 36:34, 27:25)
“Sərhədçi” – “Lokomotiv” - 2:3 (25:16, 25:20, 20:25, 18:25, 12:15)
I dövrə: “Lokomotiv” – “Sərhədçi” - 3:1 (21:25, 25:17, 25:21, 25:20)
N |
Komanda |
O |
Q |
M |
S |
T |
X |
1 |
Lokomotiv |
7 |
7 |
0 |
21-3 |
572-416 |
20 |
2 |
Sərhədçi |
7 |
5 |
2 |
18-6 |
558-452 |
16 |
3 |
Neftçi |
7 |
5 |
2 |
15-7 |
524-420 |
15 |
4 |
MOİK |
6 |
2 |
4 |
7-14 |
422-517 |
6 |
5 |
U-18 |
6 |
2 |
4 |
8-15 |
476-531 |
5 |
6 |
Naxçıvan |
4 |
1 |
3 |
3-10 |
232-312 |
3 |
7 |
Ekspress |
7 |
0 |
7 |
4-21 |
464-600 |
1 |