[b]Final mərhələsinə məğlubiyyətlə başladı[/b]
10.03.2018 - 12:13
[b]Final mərhələsinə məğlubiyyətlə başladı[/b]

Azərbaycan millisinin badmintonçusu Edi Reski Dviçayo Portuqaliyada keçirilən 53-cü beynəlxalq turnirin final mərhələsində ilk görüşünü keçirib. Badminton Federasiyasından apasport.az saytına verilən məlumata görə, həlledici mərhələdə təmsilçimizin rəqibi danimarkalı badmintonçu Ditlev Jager Holm olub.

 

Qarşılaşma iki set davam edib. İlk hissədə rəqibinə 18:21 hesabı ilə uduzan Dviçayo, ikinci setdə 8:21 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, badmintonçumuz öncə baş tutan təsnifat mərhələsində ingiltərəli, hindistanlı və almaniyalı rəqiblərinə qalib gələrək, final mərhələsinə vəsiqə qazanıb.

 

0