[b]Məmmədyarov heç-heçə ilə liderlər qrupunda qaldı - YENİLƏNİB[/b]
12.03.2018 - 00:05
[b]Məmmədyarov heç-heçə ilə liderlər qrupunda qaldı - YENİLƏNİB[/b]

Berlində şahmat tacına iddiaçıların turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, mötəbər yarışda həmyerlimiz Şəhriyar Məmmədyarov da iştirak edir.

 

Turnirin reytinq favoriti olan həmyerlimiz ikinci turda ermənistanlı Levon Aronyanla qarşılaşıb. İlk matçında rus Sergey Karyakin üzərində qara fiqurlarla qələbə qazanan “Şah” bu dəfə ağ fiqurlarla çıxış edib.

 

Görüşün 24-cü gedişində rəqiblər heç-heçəyə razılaşmalı olublar. Bu nəticə ilə xalını 1.5-ə yüksəldən Şəhriyar məğlubiyyətsiz davam edir.

 

"Şah"ın növbəti turdakı rəqibi ABŞ təmsilçisi Fabaino Karuana olacaq.

 

İkinci turun digər oyunlarını nəzərinizə çatdırırıq.

 

Şəhriyar Məmmədyarov (2809) – Levon Aronyan (2794) - 0.5:0.5

 

Aleksandr Qrişuk (2767) – So Uesli (2799) - 1:0

 

Liren Ding (2769) – Fabiano Karuana (2784) - 0.5:0.5

 

Vladimir Kramnik (2800) – Sergey Karyakin (2763) - 0.5:0.5

 

Turnir cədvəli: Şəhriyar Məmmədyarov, Vladimir Kramnik, Fabiano Karuana - 1,5; Levon Aronyan, Liren Ding, Aleksandr Qrişuk - 1; Sergey Karyakin - 0.5; So Uesli – 0.

0