[b]Türkiyə millisinin üzvü evləndi, toyuna ölkə prezidenti gəldi - FOTO[/b]
12.03.2018 - 01:17
[b]Türkiyə millisinin üzvü evləndi, toyuna ölkə prezidenti gəldi - FOTO[/b]

Arda Turan evlənib. Apasport.az saytının məlumatına görə, “Başakşəhər”də çıxış edən Türkiyə millisinin üzvü Aslıhan Doğanla həyatını birləşdirib.

 

Sadə bir məclisdə nikah imzalayan cütlüyün xoş günündə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və xanımı da iştirak edib.

 

Arda instaqram hesabından paylaşdığı foto ilə evliliyini elan edərək, sevinən hər kəsə təşəkkür edib.

0