[b]Hakim qolu saymadı, klub prezidenti silahla meydana girdi - FOTOLAR[/b]
12.03.2018 - 01:36
[b]Hakim qolu saymadı, klub prezidenti silahla meydana girdi - FOTOLAR[/b]

Yunanıstan Super Liqasının XXV turu çərçivəsində keçirilən PAOK – AEK oyunu yarımçıq qalıb. Apasport.az saytının məlumatına görə, buna səbəb sonuncu dəqiqədə meydan sahiblərinin vurduğu qolun hakimlər tərəfindən oyundan kənar vəziyyət iddiası ilə sayılmaması olub.

 

PAOK-lu oyunçular, texniki heyət və klub rəsmiləri hakimin qərarına etiraz edərək meydana daxil olublar. Belə olan halda isə referi və köməkçiləri matçı yarımçıq qoyaraq soyunub-geyinmə otağına gediblər.

 

Hadisələr isə bununla yekunlaşmayıb. PAOK-un prezidenti İvan Savvidis rəqib komandanın rəsmilərindən birinə hücum edib. AEK klubu isə meydana girən Savvidisin üzərində silah olduğu üçün məhkəməyə müraciət edəcəklərini bildirib.

 

Keçmiş hakim, hazırda PAOK-un idman direktoru olan Lüboş Mihelin hakimə ən çox etiraz edən adam olmsası, üstəlik referinin yanına gedərək ona “sənin sonun gəldi” deməsi də diqqət çəkən məqamlardan olub.

 

 

0