[b]“Tank”ımız Almaniyada qələbə qazandı – FOTO[/b]
12.03.2018 - 11:16
[b]“Tank”ımız Almaniyada qələbə qazandı – FOTO[/b]

Almaniyanın Bohum şəhərində kikboksinqin K-1 növü üzrə Qala gecə keçirilib. Apasport.az saytının məlumatına görə, 30 döyüşün baş tutduğu gündə həmyerlimiz Xəyal Əhmədov da qüvvəsini sınayıb.

 

Bir sıra beynəlxalq turnirlərin qalibi, peşəkar kikboksçu Bernd Sterrenberqlə üz-üzə gəlib. “Tank” ləqəbli həmyerlimiz rəqibinə şans verməyib və növbəti qələbəsini qazanıb.

 

Qeyd edək ki, Əhmədov MMA və K-1 üzrə döyüşlərində ölkəmizi bir sıra qələbələr qazanıb.  

0