[b]“Keşlə” liderə uduzmadı[/b]
12.03.2018 - 16:22
[b]“Keşlə” liderə uduzmadı[/b]

Premyer Liqa klublarının əvəzedici heyətlərinin çempionatında XX tura start verilib. Apasport.az PFL saytına istinadən xəbər verir ki, bu gün 1 oyun keçirilib.

 

Belə ki, “Keşlə” və “Qəbələ” komandaları üz-üzə gəliblər. “İnter Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə nəticələnib. Hesabı 39-cu dəqiqədə qonaqların futbolçusu Abbas Ağazadə açsa da, ev sahibləri 75-ci dəqiqədə Bilan Qənbərovla tarazlığı bərpa ediblər.

 

Qeyd edək ki, turun digər 3 oyunu (“Zirə” – “Səbail”, “Neftçi” – “Qarabağ”, “Sumqayıt” – “Kəpəz”) sabah keçiriləcək.

 

 

Əvəzedicilərin çempionatı

XX tur

 

12 mart

“Keşlə” – “Qəbələ” – 1:1

Qollar: Bilal Qənbərov, 75 – Abbas Ağazadə, 39

 

 

1

Qəbələ

19

13

3

3

61-19

42

2

Səbail

19

11

3

5

35-26

36

3

Keşlə

20

7

11

2

29-22

32

4

Qarabağ

19

7

4

8

25-30

25

5

Zirə

19

6

5

8

22-29

23

6

Neftçi

19

5

6

8

15-24

21

7

Sumqayıt

19

4

5

10

20-40

17

8

Kəpəz

18

1

7

10

11-28

10

 

 

0