[b]Çempionatın ən qollu oyunu[/b]
12.03.2018 - 17:09
[b]Çempionatın ən qollu oyunu[/b]

Futzal üzrə Yüksək Liqada XX turun açılış oyunu olan “Xəmsə” – EKOL matçı əlamətdar hadisə ilə yadda qalıb. Apasport.az saytı Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, görüşdə nominal meydan sahibləri 3, rəqib isə 18 qol vurub.

 

Ümumilikdə 21 qolun vurulduğu matç cari çempionatın arxada qalan dövrü üçün ən qollu qarşılaşmadı.

 

Buna qədər bir oyunda maksimum 18 qol vurulmuşdu.

0