Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində təşkil olunacaq turda liderlər autsayderləri sınağa çəkiblər.
Günə “Azərreyl” – “Lokomotiv” qarşılaşması ilə start verilib. “Dəmiryolçular”ın duelində Famil Ağayevin yetirmələri gözlənildiyi kimi asan qələbə qazanıblar. Turnir cədvəlinin lideri olan “Azərreyl”in ilk 2 dövrədə olduğu kimi bu dəfə də “quru hesabla” qalib gəlib.
Tura AVF – “Abşeron” oyunu ilə yekun vurulub. bu görüş ilk oyuna nisbətən daha gərgin keçib. Qalibin tay-brekdə məlum olduğu qarşılaşmada AVF sevinib.
Super Liqa
VIII tur
13 mart
AVF – “Abşeron” - 3:2 (18:25, 25:21, 20:25, 25:21, 15:12)
I dövrə: AVF – “Abşeron” – 0:3 (19:25, 18:25, 16:25)
II dövrə: “Abşeron” – AVF - 3:0 (25:15, 25:15, 25:18)
“Azərreyl” – “Lokomotiv” - 3:0 (25:16, 25:19, 25:18)
I dövrə: “Azərreyl” – “Lokomotiv” – 3:0 (25: 21, 25:10, 25:13)
II dövrə: “Lokomotiv” – “Azərreyl” - 0:3 (14:25, 15:25, 21:25)
N |
Komanda |
O |
Q |
M |
S |
T |
X |
1 |
Azərreyl |
8 |
8 |
0 |
24-2 |
645-466 |
24 |
2 |
Abşeron |
8 |
5 |
3 |
18-9 |
605-527 |
16 |
3 |
AVF |
8 |
3 |
5 |
10-17 |
547-589 |
8 |
4 |
Lokomotiv |
8 |
0 |
8 |
0-24 |
385-600 |
0 |