[b]Meza Kollinin durumuna aydınlıq gəldi[/b]
13.03.2018 - 11:15
[b]Meza Kollinin durumuna aydınlıq gəldi[/b]

Azərbaycan Premyer Liqasının XX turunda “Qarabağ”la qarşılaşacaq “Neftçi” hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” əzəli rəqibləri önünə itkisiz çıxacaq.

 

Dayaq yarımmüdafiəçisi Derlis Meza Kollinin durumu qeyri-müəyyən idi. Məşqdə zədələnən italiyalı futbolçunun ayağında sınıq olması ehtimalı məşqçilər korpusunu narahat edirdi. Lakin tibbi müayinə zədənin qorxulu vəziyyətdə olmadığını ortaya çıxarıb. Hətta Derlis “Qarabağ”la sabahkı qarşılaşmada iştirak etməyə də hazırdı.

 

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 18:00-da başlayacaq.

0