İtaliyada “Qarabağ”la matçı təhlil etsələr...

“İlk oyunda Fereyra və Fredin vurduğu qollar işimizi çətinləşdirdi. İndi məqsəd vəziyyəti lehimizə çevirməkdi”. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu “Roma”nın idman direktoru Ramon Monçi deyib.

 

“Canavarlar” Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində Ukraynada 1:2 hesabı ilə məğlub olduğu “Şaxtyor”u bu gün öz meydanında qəbul edəcək. Oyunöncəsi fikirlərini bildirən Monçi qrup mərhələsindəki uğurlu çıxışın davamını arzuladıqlarını söyləyib: “Qrup mərhələsində “Çelsi”, “Atletiko” və “Qarabağ”la Romada keçirdiyimiz oyunları təhlil etsək, xoşbəxtliyə əsasımızın olduğunu görərik. Ümid edirik ki, həftə sonuna daha müsbət ab-havada girəcəyik. “Şaxtyor”la görüşün nəticəsi güclü rəqiblərin yer aldığı qrupu birinci pillədə başa vurmağımıza dəyməlidi. Əlbəttə ki, ilk hədəfimiz 1/4 finala adlamaqdı”.

 

Qeyd edək ki, “Roma” ÇL-in qrup mərhələsində öz meydanında “Çelsi”ni 3:0, “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib, “Atletiko” ilə qolsuz bərabərə qalıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10