[b]“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı[/b]
13.03.2018 - 13:28
[b]“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı[/b]

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın ev matçının biletləri iki kateqoriyaya bölünüb.

 

Qarşılaşmanı VİP yerlərdən seyr etmək istəyənlər 5 manat ödəməlidisə, digər bütün sektorlara giriş 1 manatdı. Matçın biletləri 8-ci km qəsəbə stadionunun kassalarında və “Neftçi”nin arenanın ərazisindəki fan-şopunda satılır.

 

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 18:00-da başlayacaq.

 

0