[b]Yığmamızın ev oyunlarını keçirəcəyi məkan dəyişdi[/b]
13.03.2018 - 16:54
[b]Yığmamızın ev oyunlarını keçirəcəyi məkan dəyişdi[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasında rəqiblərini qəbul edəcəyi məkan və görüşlərinin başlayacağı saat açıqlanıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri ev matçlarını Bakı İdman Oyunları Sarayında keçirəcək.

 

Yığmamızın paytaxtımızdakı bütün oyunları isə saat 18:00-da start götürəcək. Komandamız mayın 19-da Ukraynanı, həmin ayın 23-də Portuqaliyanı, 30-da isə Bolqarıstanı qəbul edəcək.

 

Qeyd edək ki, yığmamız son illər oyunlarının əksəriyyətini Voleybol Mərkəzində keçirirdi.

0