ABN klubu 5000 manat cərimələnəcək
21.05.2008 - 17:19
ABN klubu 5000 manat cərimələnəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA Bərdənin ABN klubunun Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində “Neftçi” ilə oyuna gəlməyəcəyinə dair rəsmi müraciətini qəbul edib. “APA-Sport” agentliyinin məlumatına görə, mayın 28-də paytaxt təmsilçisi ilə səfər görüşündən imtina edən ABN-nin məsələsinə AFFA-nın Nizam-İntizam Komitəsi (NİK) baxacaq. Komitə “Neftçi”yə 3:0 hesablı texniki qələbə verdikdən sonra bakılıların bürünc medal qazanmaları rəsmiləşəcək. Ancaq ABN-nin işi yalnız texniki məğlubiyyətlə qurtarmayacaq. Belə ki, Nizam-İntizam Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, Bərdə təmsilçisi oyuna gəlmədiyi üçün 5000 manat cərimələnəcək. ABN matça çıxmayacağını qabaqcadan bildirdiyindən, NİK-in bu həftə qərar verəcəyi gözlənilir.
0