[b]Rəhman Hacıyev: Meydana 3 xal üçün çıxacağıq - VİDEO[/b]
13.03.2018 - 18:42
[b]Rəhman Hacıyev: Meydana 3 xal üçün çıxacağıq - VİDEO[/b]

"Sabah bizi çox çətin oyun gözləyir. İki oyundu qələbə qazanırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözlər “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə məxsusdu.

 

"Ağ-qaralar” Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ”la keçirəcəyi oyunun hazırlığını davam etdirir. Paytaxt klubunun bugünkü məşqindən sonra yarımmüdafiəçi Rəhman Hacıyev “Neftçi TV”yə açıqlama verib.

 

O, "Qarabağ”la oyunöncəsi fikirlərini bildirib: “Komandada inam və istək var. Hər şey qaydasındadı. Meydana 3 xal üçün çıxacağıq. İnşallah, qələbə qazanarıq. Komandama inanıram”.


Qeyd edək ki, martın 14-də 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Qarabağ” oyunu saat 18:00-da başlanacaq.

 

0