[b]“Beşiktaş”ın futbolçusu həbs oluna bilər[/b]
13.03.2018 - 21:08
[b]“Beşiktaş”ın futbolçusu həbs oluna bilər[/b]

“Beşiktaş”ın futbolçusu Caner Erkin həbs cəzası ilə üz-üzədi. Apasport.az saytının məlumatına görə, buna səbəb oyunçunun “Başakşəhər”lə oyunda baş hakim Mete Kalkavanı söyməsidir.

 

Dövlət qulluqçusunu vəzifə başında təhqir etdiyinə görə haqqında istintaq başladılan Türkiyə millisinin oyunçusunun işini prokurorluq məhkəməyə göndərib.

 

Müstəntiq onun haqqında 1 ildən 2 ilə qədər həbs cəzası istəyib.

 

Caner yaxın günlərdə hakim qarşısına çıxacaq.

0