[b]Qrizman qərarını verib[/b]
13.03.2018 - 23:11
[b]Qrizman qərarını verib[/b]

“Atletiko”nun hücumçusu Antuan Qrizmannla bağlı növbəti iddia meydana çıxıb. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, “Barselona”ya keçidi gündəmdə olan oyunçu kataloniyalılarla şəxsi müqavilə imzalayıb.

 

Oyunçu ilə klubun ötən ilin oktyabr ayında razılığa gəldiyi, bir neçə gün öncə isə münasibətləri rəsmiləşdirdiyi iddia olunur.

Qeyd edək ki, “Barselona”nın mövsümün sonunda “Atletiko”ya 100 milyon avro təzminat ödəməklə Qrizmannı heyətinə qatacağı gözlənilir.

0